Aqrar İnnovasiya və Təchizat Şirkəti
Marketlər Şəbəkəsinin Müdiri
Son tarix 29 iyl 2022 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Kommersiya və Marketinq üzrə təhsil üstünlükdür);
- Təcrübə: Satış və İdarəetmə üzrə minimum 5 il təcrübə;
- Planlama bacarığı;
- Deleqasiya etmə bacarığı;
- Problem həll etmək bacarığı;
- Komanda şəklində və İndividual işləmə bacarığı;
- Maliyyə göstəricilərini təhlil etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Marketlər şəbəkəsinin qurulması prosesini koordinasiya etmək;
- Marketlər şəbəkəsinin fəaliyyətinə rəhbərlik etmək və satış planlarının yerinə yetirilməsini təmin etmək;
- Korporativ standartların və prosedurların tətbiqini təmin etmək;
- Kassa əməliyyatlarına, mal dövriyyəsinə nəzarət etmək, mütamadi olaraq inventarlaşmanın aparımasını təmin etmək;
- Günlük hesabatları təhlil etmək və zəruri tədbirləri həyata keçirmək;
- Əməkdaşların təlim ehtiyacalarının müəyyən edilməsində və təmin edilməsində iştirak etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: 4000 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Şirkət hesabına korporativ nömrə;
- Yanacaq xərclərinin qarşılanması;
- Xidməti nəqliyyat vasitəsi ilətəmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketlər Şəbəkəsinin Müdiri” yazaraq göndərmələri xahiş olunur.