Company
Kommersiya və Marketinq Sahəsi üzrə Rəhbər İşçi
Son tarix 17 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya və marketinq strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək
- Satış həcmlərinin və gəlirliliyin artırılmasına yönəlmiş effektiv kommersiya və marketinq planlarını hazırlamaq və tətbiq etmək
- Bazarın təhlili, yeni imkanların müəyyən edilməsi və müştəri portfelinin genişləndirilməsi proseslərinə nəzarət etmək
- Yeni məhsul və xidmətlərin bazara çıxarılması strategiyalarının hazırlanmasını və icrasını təmin etmək
- Şirkətin brend strategiyasının formalaşdırılması və mövqeyinin gücləndirilməsinə rəhbərlik etmək
- Marketinq kommunikasiyaları (reklam, PR, rəqəmsal marketinq və sosial media) üzrə kampaniyaları planlaşdırmaq və effektivliyini təmin etmək
- Əməkdaşlıq etdiyi tərəfdaşlarla (müştərilər, təchizatçılar və distribyutorlar) etibarlı və uzunmüddətli əlaqələrin qurulmasını təmin etmək
- Strateji layihələrin və kommersiya təşəbbüslərinin idarə edilməsinə rəhbərlik etmək
- İdarə Heyəti və Ümumi Rəhbərliklə sıx əməkdaşlıq edərək satış və kommersiya qərarlarının qəbuluna töhfə vermək
- Kommersiya departamentinin fəaliyyətinə rəhbərlik etmək
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil
- Kommersiya və marketinq sahəsində minimum 5 illik peşəkar təcrübə (rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür)
- Marketinq strategiyası, bazar analizi və müştəri münasibətlərinin idarə olunması sahəsində dərin biliklər
- Güclü analitik və strateji düşüncə qabiliyyəti, nəticəyönümlü yanaşma
- Beynəlxalq satış və marketinq sertifikatlarına sahib olmaq üstünlükdür
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları (digər dillər üstünlük sayılır)
Əmək şəraiti:
- Əmək haqqı: 4000 - 5000 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Təminatlar:
- Ümumi xidməti nəqliyyat;
- Naharla təmin etmə;
- Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
- Hava limanı ərazisində avtomobil parklama imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maddi-Texniki Təminat Şöbəsinin Rəisi və Baş Direktorun Köməkçisi - Mustafa Hacıyev +994 50 266 77 66