Kensington
Marketing rəhbəri
Son tarix 18 yan 2026 - [email protected]
Namizədə tələblər:
- Marketinq sahəsində minimum 3–5 il, rəhbər vəzifədə təcrübə
- Tikinti və ya daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür
- Strateji düşünmə və analitik bacarıqlar
- Rəqəmsal marketinq alətləri üzrə dərin bilik
- Liderlik və komanda idarəetmə bacarığı
- Azərbaycan dili – səlis, Rus və/ya İngilis dili – üstünlükdür
İş barədə məlumat:
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası
- Tikinti layihələrinin (yaşayış, kommersiya və s.) bazar üzrə mövqeləndirilməsi
- Rəqəmsal marketinq fəaliyyətlərinə (SMM, performance, SEO, reklam kampaniyaları) rəhbərlik
- Brendin tanıdılması və imicinin gücləndirilməsi
- Satış komandası ilə sıx əməkdaşlıq və lead-lərin artırılması
- Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması
- Bazar və rəqib analizlərinin aparılması
- Agentliklər və podratçılarla işin koordinasiyası
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şərtləri:
- İş günü: I-V günlər
- Əmək haqqı: 4000-4500 AZN (Nett)
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketing rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.











