Avant Construction
Tikinti Rəhbəri
Son tarix 26 sen 2026 - [email protected]
Əsas Vəzifələr və Məsuliyyətlər:
- Təhkim olunduğu layihə üzrə bütün sahə fəaliyyətlərinin planlaşdırılmasını, idarə edilməsini və nəzarətini təmin etmək.
- Gündəlik, həftəlik və aylıq icra statusunu Layihə Rəhbərinə (Senior PM) və PMO-ya təqdim etmək.
- İşçi qüvvəsi, avadanlıq və material resurslarını sahə daxilində koordinasiya etmək; qüllə/blok üzrə iş ardıcıllığını təşkil etmək.
- Gecikmə risklərini erkən aşkarlamaq, bərpa planları (recovery plans) hazırlamaq və tətbiq etmək.
- Mülki, MEP, Fit-Out, Fasad və memarlıq tamamlama işlərini sahədə koordinasiya etmək.
- Geodeziya (topo surveying), vertikallıq nəzarəti və as-built işlərini təşkil etmək.
- Shop drawing, method statement və material submittal proseslərinin sahədə tətbiqini Texniki Ofislə koordinasiya etmək; RFI və dizayn dəyişikliyi sorğularını yönləndirmək.
- Sahə mühəndislərinin işini istiqamətləndirmək, texniki problemlərin operativ həllini təmin etmək.
- Birbaşa icra briqadalarının (armatur, qəlib, beton, MEP, fasad, tamamlama) məhsuldarlığını və intizamını təmin etmək.
- Briqadirlər vasitəsilə gündəlik iş tapşırıqlarını planlaşdırmaq və nəzarətdə saxlamaq.
- Növbə rejimi tətbiq olunduqda növbələr üzrə heyət örtüyünü və növbə təhvil-təslimini təşkil etmək.
- KN Şöbəsi ilə birgə sahə keyfiyyətinə nəzarət etmək; ITP üzrə kritik nöqtələrdə iştirakı təmin etmək.
- NCR-ların bağlanmasını sürətləndirmək, təkrarlanan uyğunsuzluqların kök səbəblərini aradan qaldırmaq.
- Materialların qəbulu prosesini KN yoxlaması ilə birgə idarə etmək.
- SƏTƏMM Şöbəsi ilə birgə sahə təhlükəsizliyini təmin etmək, güclü təhlükəsizlik mədəniyyətini təşviq etmək.
- Permit-to-work, isti işlər (hot work) və qaldırma (lifting) əməliyyatlarına nəzarəti təşkil etmək.
- Hadisə araşdırması (incident investigation) prosesində iştirak etmək və düzəldici tədbirlərin icrasını təmin etmək.
- Qüllə kranı və qaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli icrasını (lifting plan üzrə) təşkil etmək.
- Materialların sahəyə düzgün çatdırılmasını və sahə anbarlarının işini idarə etmək.
- Avadanlıq və texnikanın təhlükəsiz, səmərəli istifadəsini nəzarətdə saxlamaq.
- Satınalma Şöbəsi üçün sahə tələblərini müəyyən etmək və prioritetləşdirmək.
- Long-lead materialların sahə təsirini Layihə Rəhbəri və PMO ilə birlikdə planlaşdırmaq.
- Kommersiya Şöbəsi üçün VO/claim input-larını (sahə qeydləri, iş həcmi təsdiqləri, gecikmə sənədləşməsi) hazırlamaq.
- As-built çertyojların toplanmasını təmin etmək.
- Test və commissioning proseslərində iştirak etmək; qüsur siyahısının (snagging) bağlanmasını təşkil etmək.
- Handover readiness statusunu Layihə Rəhbərinə təqdim etmək; sənəd tamlığı üzrə Sənəd Nəzarətçisi (DC) ilə koordinasiya etmək.
Tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya memarlıq)
- İş təcrübəsi: Müvafiq vəzifədə (Tikinti Rəhbəri / Construction Manager / sahə icra rəhbərliyi) minimum 8 il təcrübə.
- İri miqyaslı və çoxmərtəbəli tikinti layihələrinin sahə icrası, self-perform baş podratçı modeli, sahə idarəetməsi, qaldırma əməliyyatları və commissioning üzrə praktiki biliklər.
- QA/QC (KN) və SƏTƏMM (HSE) tələbləri üzrə iş təcrübəsi.
- Xarici (beynəlxalq) şirkətlərdə iş təcrübəsi üstünlük təşkil edir.
- Azərbaycan dili sərbəst; ingilis və ya rus dili biliyi üstünlükdür (ingilis dili texniki sənədləşmə səviyyəsində arzuolunandır).
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 4500-5000 AZN
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Tikinti Rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














