CAMAL LTD
Baş mühasib
Son tarix 23 fev 2025 - [email protected]
Ünvan: BİNƏQƏDİ RAYONU, SULUTƏPƏ QƏS., R. ALLAHVERDİYEV KÜÇƏSİ., 4/21, DÖNGƏ 9
Tələblər:
- Ali təhsil.
- Baş mühasib olaraq ən azı 5 (beş) il iş təcrübəsi; (İstehsal sahəsi üzrə olması öncəlikdir)
- Kompüter bacarıqları: MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli;
Vəzifələri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərüfat əməliyyatlarının mühasibat hesabında (həmçinin mühasibat uçotu reysterlərində) düzgün əks etdirilməsinin təşkili;
- Xərclərə nəzarətin təmin edilməsi,
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatlarının uçotunun təşkil edilməsi;
- Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanması;
- Xərc sənədlərinin məsrəf yerlərinə düzgün işlənilməsinin yoxlanılması;
- Hazırlanmış Debitor və Kreditor üzləşmələrinin kontrolu;
- Sistemdə ay bağlanışına hazırlıq, son yoxlamaların aparılması, müxbir hesabların bağlanması və aylıq balansın çıxarılması;
- Aylıq və ilik vergi bəyannamələrin hazırlanmasına dəstək;
- Əmək haqqı hesablanmasına nəzarət və düzgün hesablarda əks olunması.
Digər məlumatlar:
- 6 günlük iş həftəsi,
- Vəzifə üzrə əmək haqqı: 3500 net.
- Korporativ nömrə şirkət tərəfindən verilir.
- Nahar şirkət tərəfindən verilir
- Yaş həddi 30-45
CV - Mövzu sətrində “Baş mühasib” qeyd olunmaqla email ünvanına göndərmənizi xahiş edirik.