buyur
UI/UX Designer (Senior)
Son tarix 13 yan 2025 - [email protected]
İdeal Namizəd:
Yüksək yaradıcılıq qabiliyyətinə və peşəkar təcrübəyə malik Senior UI/UX Designer axtarırıq. İdeal namizəd istifadəçi tələblərini dərindən anlayaraq, intuitiv və estetik dizaynlar yaratmaq bacarığına sahib olmalıdır. Həmçinin, prototipləmə və dizayn alətlərində (Sketch, Figma, Adobe XD və s.) peşəkar bacarıqlara malik, komanda ilə effektiv əməkdaşlıq edə bilən və Azərbaycan dilində yüksək səviyyədə ünsiyyət qura bilən namizəd axtarılır. Təcrübə və yaş önəm daşımır; əsas olan bu sahəyə sevgi və istəkdir.
Bu mütəxəssis "Buyur" platformasının UI/UX dizaynlarını idarə edəcək, istifadəçi təcrübəsini təkmilləşdirmək və məhsulun rəqəmsal bazarda fərqlənməsinə kömək edəcək.
Maaş: 3500 AZN
İş Öhdəlikləri:
- "Buyur" platforması üçün istifadəçi araşdırmaları aparmaq və analiz etmək;
- Rəqəmsal trendləri izləmək və yenilikçi dizayn yanaşmalarını tətbiq etmək;
- İstifadəçi ssenariləri və istifadəçi axınları yaratmaq;
- Layihənin dizayn resurslarını effektiv şəkildə idarə etmək.
- Wireframe və prototiplərin hazırlanması;
- Yüksək keyfiyyətli vizual dizaynların yaradılması və implementasiyası;
- UI/UX dizaynlarının test edilməsi və istifadəçi geribildirimi əsasında optimallaşdırılması;
- Məhsul komandası ilə sıx əməkdaşlıq edərək dizayn həllərini tətbiq etmək;
- Mövcud dizayn sistemlərinin təkmilləşdirilməsi və yeni dizayn standartlarının yaradılması;
- Dizayn sənədlərinin və resursların idarə olunması;
Tələblər:
- Ali təhsil: Təhsildən daha çox yaradıcı bacarıqlar və texniki biliklər vacibdir.
- Təcrübə: UI/UX dizayn sahəsində ən azı 5 il təcrübə;
- Yaradıcı Problem Həlli: Yaradıcı problem həll etmə qabiliyyəti və detallara diqqət.
- Texniki Bacarıqlar: Sketch, Figma, Adobe XD və ya digər dizayn alətlərində peşəkar bacarıqlar;
- Analitik Bacarıqlar: İstifadəçi tələblərini anlama və təhlil etmə bacarığı;
- Dizayn Prinsipləri: Responsive dizayn prinsiplərinə hakim olmaq;
- Prototipləmə: Prototipləmə və interaktiv dizayn yaratma təcrübəsi;
- Komanda İşləmə: Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiyaya güclü yanaşma;
- Dil Bacarıqları: Azərbaycan və İngilis dillərində səlis danışmaq və yazmaq;
İş Şəraiti:
- Hybrid Model: 3 gün evdən, 2 gün ofisdən.
“Buyur” Ailəsinə Qoşulun!
İnnovativ uğurlara birlikdə imza atmaq üçün "Buyur" ailəsinə qoşulun! Kreativ və dinamik komandamızda öz yerinizi tutaraq rəqəmsal mühitin gələcəyini formalaşdırın.