Aqrar İnnovasiya və Təchizat Şirkəti
Korporativ Satış Müdiri
Son tarix 21 avq 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 ildən çox, rəhbər olaraq 3 ildən çox iş təcrübəsi olmalı;
- İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint, 1C);
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
- Şirkətin satış siyasətini idarə etmək, habelə korporativ satış sahəsində nəzəri və praktiki təcrübəsi olmalı;
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı;
- Yerli bazarın tələbatlarından xəbərdar olmalı;
- B, BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Ezamiyyətlərə hazırlıqlı olmalı;
- Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsinə nəzarət edilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
- Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
- Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
- Şöbənin əməkdaşlarının işinin təşkili və idarə edilməsi;
- Əməkdaşlarının məlumatları sistemdə tam və düzgün qeyd etməsinə
nəzarət edilməsi; - Müştəri şikayətlərinin vaxtında həll olunması.
İş şərtlərimiz:
- Əmək haqqı: 3000 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Çinar Park
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış Müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.