Vakansiya: Satış şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
- Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
- Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
- İnsan Resursları şöbəsi ilə birgə Şöbə tabeçiliyində olacaq işçilərin işəgötürülmə prosesini təmin etmək;
- Filiallarda satış komandalarını formalaşdırmaq;
- Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
- Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
- Kənar təchizatçılarla işgüzar münasibətlərin qurulması və gələcək əmakdaşlıq üçün struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
- Kənar təchizatçı şirkət işçilərinə korporativ lizinq məhsulları hazırlayıb təkliflər vermək;
- Satış istiqamətində filialların bütün işini koordinasiya etmək;
- LEAD / DEAL emal prosesini təmin etmək;
- Regionlar arası Satış blokunun işçiləri arasında təcrübə mübadiləsi işini təşkil etmək;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
- Filialların açılışını Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
Tələblər:
- İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
- Satış/kommersiya sektorunda azı 5-7 illik iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində sərbəst bilmək;
- Mütəmadi olaraq ezamiyyəyə getmək imkanı;
- Mükəmməl liderlik və idarətmə bacarıqları;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
- Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
İş Şərtləri:
- 5 günlük iş qrafiki, 8:30-17:30
- Regionlara daimi ezamiyyə;
- Əmək haqqı 3000 AZN(net)+KPİ
Yuxarıda qeyd olunan şərtlərə uyğun olan namizədlərdən CV-ni [email protected] e-mail ünvanına "Satış şöbəsinin müdiri" başlığı ilə göndərmələri xahiş edilir