Green Tech
Marketinq şöbəsinin müdiri
Son tarix 30 apr 2023 - [email protected]
Vəzifə öhdəlikləri və məsuliyyəti:
- Şirkətin marketinq strategiyasını və planını hazırlayır və ona uyğun marketinq fəaliyyətini təşkil edir;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumatlar təqdim edir;
- Şirkətin bazarda təqdim etdiyi məhsulların reklamını təşkil edir;
- Reklam agentlikləri və media ilə əlaqələri qurur;
- Reklam vasitələrinin idarə olunması (reklam materiallarının hazırlanması, çöl reklamı və posterlər) işini təşkil edir;
- Rəqəmsal marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil edir, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləyir;
- Marketinq büdcəsini və marketin şöbəsi üçün ayrılmış maliyyə vasitələrini idarə edir;
- Şirkətin hədəf auditoriyasını araşdırır;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək istiqamətində işlər görür;
- Dövri marketinq analizlərini edir;
- Bazar təhlilləri edir və lazımi tədbirlərin keçirilməsi ilə bağlı təklifləri hazırlayıb rəhbərliyə təqdim edir;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları, “press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlayır;
Tələblər:
- Ali təhsil (Marketinq, menecment və yaxın sahələr üzrə)
- Analoji sahədə ən az 7 il iş təcrübəsi;
- Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri biliyi;
- Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Komandada çalışma bacarığı;
- Güclü ünsiyyət, inandırma, təşəbbüskarlıq və qərar qəbul etmə qabiliyyəti;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək bacarığı;
- Düzgün proqlamlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarığı;
- Ölkə daxili və xarici ezamiyyətlərə gedə bilmə imkanı.
Təminatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur.
- İş yeri Binə qəsəbəsində yerləşir,
- Əmək haqqı: 3000 – 5000 azn (namizədin iş təcrübəsinə, bilik və bacarığına əsasən müəyyən olunacaqdır.
Qeyd olunan tələblərə cavab verdiyiniz halda müraciət anketinizi elektron ünvanına (mövzu hissəsində “Marketinq şöbəsinin müdiri” qeyd etməklə) göndərə bilərsiniz.