Mazarina Trade Company
Satış Meneceri (Qida, Qeyri qida)
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-800-1500-2000 manat - 30 VAKANSİYA
Son tarix 18 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması
- Satış prosesinin təşkili və satış departamentinin idarə olunması
- Bazar araşdırmalarının aparılması, təkliflərin verilməsi
- Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması
- Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparılmasında iştirak etmək , müştəri tələbatlarını öyrənmək
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə verilməsi
Namizədlərə Tələblər:
- Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir
- Yaş həddi: 30 - 45
- Təcrübə: minimum 5 il
- Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
- Biznes əlaqələrinin etikasını bilməli;
- İşgüzar əlaqələrin qurulması qaydalarını bilməli;
İş barədə məlumat:
- Əmək haqqı: 3000-4000 AZN
- İstirahət günü : Şənbə və Bazar
- İş saatı: 09:00-18:00
Qeyd:
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Satış Meneceri (Qida, Qeyri qida) ” qeyd edərək göndərə bilərsiniz.
Ünvan:
Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.