Mining Company
Təchizat şöbəsinin rəhbəri
Son tarix 09 okt 2022 - [email protected]
Namizədlər:
- Cins: kişi
- Yaş: 28-45
- Təcrübə: 3-5 il
Vəzifə təlimatı:
- Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir, mal və materialların tələbata uyğun alınması və paylanılması işlərini təşkil edir.
- Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir.
- Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirməsinə nəzarət edir.
- İnventarizasiyanın aparılmasında dəstək verir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görülməsində dəstək verir.
- Sifariş olunan mal materialların son istifadıçiyə çatdırılması üçün loqistika əməliyyatlarına nəzarət edir və lazım olan sənədlərin rəsmiləşdirilməsinə nəzarət edir.
- Bazar araşdırmaları aparır və araşdırmalara nəzarət edir.
- Lazımi təqdirdə Prosedurların reviziyasını aparır.
- Ehtiyac yarandıqda Prosedura Təlimatlar tərtib edir.
- Təkliflərin toplanmasına nəzarət edir.
- İşçilər arasında iş bölgüsü aparır
- Satınalmaların koordinasiyasını təşkil edir.
- Lazımi toplantılarda iştirak edir.
- İşçilərin digər şöbələr işçiləri ilə kommunikasiyasını təmin edir.
Əmək haqqı 2800-3000 azn net.