Company
Marketinq və PR Meneceri
Son tarix 06 fev 2026 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil;
- Marketinq, ictimaiyyətlə əlaqələr və media sahəsində ən azı 3 illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (yaxşı);
- Brend idarəçiliyi, PR kampaniyaları və rəqəmsal marketinq sahəsində dərin biliklər;
- Sosial media analitikası və müxtəlif platformalarda idarəetmə təcrübəsi;
- Strateji düşünmə, liderlik və layihə idarəetmə bacarıqları;
- Kommunikasiya, danışıq aparmaq və komanda ilə işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Uzunmüddətli media və kommunikasiya planlarının hazırlanması və icrası;
- Sosial media platformalarının idarə olunması, effektiv kontent strategiyasının inkişaf etdirilməsi və kampaniyaların optimallaşdırılması;
- Tədbirlər üçün innovativ PR və reklam kampaniyalarının layihələndirilməsi və rəhbərliyi;
- Sponsor və tərəfdaşlarla strateji marketinq əməkdaşlığının qurulması, yeni tərəfdaşlıq imkanlarının aktiv axtarışı və mövcud əlaqələrin gücləndirilməsi;
- Media ilə münasibətlərin idarə olunması, press-relizlərin, xəbərlərin və yüksək keyfiyyətli vizual materialların hazırlanması, həmçinin ictimai imicinin qorunması;
- Rəqəmsal və çap materiallarının yaradılması və yayım proseslərinin idarə olunması;
- Brend mövqeyinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələrin idarə olunması;
- Yerli və beynəlxalq media nümayəndələri ilə sıx əlaqələrin qurulması;
- Marketinq fəaliyyətlərinin izlənməsi, nəticələrin ölçülməsi və hesabatların hazırlanması.
İş şərtləri:
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: 5/2
- Əmək haqqı: 2500 AZN; namizədin bilik və təcrübəsindən asılı olaraq, dəyişdirilə bilər.
Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.










