SNA MMC
Sahə mühəndisi / İncə işlər
Son tarix 07 may 2022 - [email protected]
Vəzifə borcları:
- Təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir.
- Tikinti istehsalının sənədləşdirilməsinin həyata keçirir.
- Tikinti sahəsində layihəyə uyğun bütün təmir tikinti işlərinin nəzarət edir, işlərə rəhbərlik edir
- Növündən asılı olmayaraq işləri təhvil alır, işlərin keyfiyyətli icra olunmasını təmin edir.
- əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirir.
- əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik edir.
- Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət etnək;
- Texnoloji intizama riayət olunmasına, texnik şərtlərə, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirir.
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir.
- İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri,
- Əməyin mühafizəsi üzrə işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət edir,bölmələrin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının bölməsinə nəzarəti həyata keçirir.
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- İşləri qanunvericiliklə nəzərdə tutulmuş tikinti norma, standartları və qaydalarına uyğun olaraq tam dəqiqliklə, tələblərə əsasən keyfiyyətlə və qüsursuz icra edərək təhvil veriməsini təmin etmək
- İşlərin icrası və ya başa çatdırılmasından sonra onların keyfiyyətində yaranmış qüsurları vaxtında aradan qaldırılması üçün tədbir görmək
- İşlərin icrası üçün istifadə olunacaq tikinti materiallarının keyfiyyətli olmasına, habelə onların itirilməsi, qəsdən və ya təsadüfən korlanması və ya məhv olması riskinə görə məsuliyyət daşımaq (iş günləri və iş saatlarında)
- Layihə sənədlərinə uyğun olaraq tikinti işini təşkil etmək və nəzarətdə saxlamaq;
- Tikinti inventarlardan və s. materiallardan səmərəli istifadə olunmanı təmin etmək;
- Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək.
Bilməlidir:
- əsaslı tikintinin istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
- tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;
- bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
- Bina daxili incə işlərin icra olunmasına rəhbərlik etməlidir və bu işdə səriştəli olmadır
- iqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;
- podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
- təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
- tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
- mülki və əmək qanunçuluğunun əsaslarını;
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.
İxtisas tələbləri:
- Ali texniki təhsil və tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrdə 10 ildən az olmayaraq iş stajı.
- Tikinti istehsalatının təşkili və texnologiyasını bilməli, tikilən obyektlərin layihə-smeta sənədləri haqqında biliyi olmalı;
- Əsasəndə, bina daxili təmir işlərində təcrübəli olmadır.
İş şəraiti:
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
- Saat 11:00 - 20:00
- Əmək haqqı 2500 AZN
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sahə mühəndisi / İncə işlər”, sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.