AS İnşaat MMC - Smetaçı mühəndis
Son tarix 23 mar 2022 - [email protected]
Yerinə yetirəcəyi işlər:
-
Maliyyə-smeta sənədlərini hazırlayır;
-
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
-
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
-
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
-
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
-
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
-
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
-
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
-
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
-
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
-
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
-
İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
-
Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
-
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
-
Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
-
İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
-
Ali təhsil (müvafiq sahə üzrə)
-
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
-
Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
-
Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
-
İş rejimi: 6 günlük, 09:00-18:00
-
İş yeri Ələt qəsəbəsində yerləşir.
-
Əmək haqqı : 2500 AZN
CV-ləri “Smetaçı mühəndis” başlığı ilə göndərməniz xahiş olunur)