ARNE Group MMC
Brend və PR üzrə menecer
Son tarix 06 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi məqsəd və dəyərlərinə uyğun brend strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brendin vizual kimliyinin (rəng palitrası, loqotip, dizayn dili) və kommunikasiya tonunun müəyyənləşdirilməsi və sabit tətbiqinin təmin olunması;
- Neyromarketinq üsullarından istifadə edərək hədəf auditoriyada emosional bağ və güvən hissinin formalaşdırılması;
- Rəqəmsal və ənənəvi kommunikasiya kanallarında brendin vahid mesaj və vizual görünüşlə təqdim olunmasına nəzarət;
- Şirkətin ictimai imicini və reputasiyasını gücləndirəcək PR strategiyalarının hazırlanması və tətbiqi;
- Media ilə əlaqələrin qurulması və idarə olunması: press-relizlərin hazırlanması, müsahibələrin təşkili, media ilə effektiv əməkdaşlıqların aparılması;
- Sosial məsuliyyət layihələri, tədbirlər və digər ictimaiyyətlə əlaqə təşəbbüsləri vasitəsilə brendin tanınmasını və müsbət imicinin formalaşdırılması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 2500-3000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
- Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq kommunikasiyaları sahəsində 5 il iş təcrübəsi;
- Brend və PR sahəsində praktik bilik və uğurlu layihə təcrübələri;
- Neyromarketinq və istehlakçı davranışları barədə anlayış;
- Foto/video kontentlə işləmək bacarığı və ya dizayn üzrə əsas anlayış;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Media və ictimaiyyət qarşısında təmsilçilik qabiliyyəti;
- Kreativ agentliklərlə işləmə və onları idarəetmə təcrübəsi;
- Rəqəmsal marketinq, sosial media idarəçiliyi və reklam kanalları üzrə biliklər;
- Büdcə planlaşdırma və idarəetmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri üstünlükdür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Brend və PR üzrə menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.