Jetour Azerbaijan
Maliyyə meneceri
Son tarix 01 apr 2023 [email protected]
İş yeri: Bakı şəhəri, Babək pr.
İş qrafiki: 5 günlük (normal)
Əmək haqqı: net 2500-3000 manat
Tələblər:
- Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
- Maliyyə meneceri kimi 5 il iş təcrübəsi;
- Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
- Yerli qanunvericiliyi mükəmməl bilməlidir;
- PMS, ACCA sertifikatları üstünlükdür.
İş haqqında məlumat:
- Müəssisənin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Maliyyə vəziyyəti, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər və öhdəliklər haqqında hesabatları hazırlamaq;
- Müəssisənin illik büdcəsinin (mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti) hazırlanması və büdcəyə nəzarət;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
- Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
- Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Dövlət orqanlarına təqdim edilən hesabatlara nəzarət;
- Mühasibatlıq proseslərinin avtomatlaşdırılmasını təmin etmək.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini 31.03.2023-cü il tarixinədək mövzu yerinə “Maliyyə meneceri - JETOUR AZƏRBAYCAN” yazaraq göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.