BSC Consulting & Outsourcing Company
Maliyyə meneceri
Son tarix 01 may 2022 - [email protected]
Vəzifələr:
- Cəmiyyətin maliyyə-iqtisadi vəziyyətini təhlil edir;
- Mənfəət əldə etmək məqsədilə Cəmiyyətin maliyyə vəsaitlərini idarə edir;
- Maliyyə planının və büdcəsinin yerinə yetirilməsini təmin edir;
- Cəmiyyətin öz vəsaitlərinin kənardan cəlb etdiyi vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsini təmin edir;
- Pul vəsaitlərinin düzgün xərclənməsinə nəzarət edir;
- Pul vəsaitlərinin dövriyyəsinin (hərəkətinin) hesabatının təşkili və maliyyəşmə ilə bağlı problemlər barədə hesabat hazırlayır;
- Məliyyəşmənin operativ həyata keçirilməsini təmin edir, hesablaşma və ödəniş üzrə öhdəlikləri yerinə yetirir.
- Şirkətinin maliyyə-iqtisadi fəaliyyətinin analizini aparır, şirkətin maliyyə resurslarını, perspektivdə olan (qısamüddətli və uzunmüddətli) maliyyə ehtiyaclarını qiymətləndirir.
- Əvvəlki maliyyə dövrü üzrə maliyyə analizini həyata keçirir.
- Şirkətinin rəhbərliyi tərəfindən təsdiqlənmiş strateji inkişaf planına müvafiq olaraq şirkətin maliyyə strategiyasını inkişaf etdirir.
- Həftədə bir dəfə işlərin gedişatı haqqında rəhbərliyə hesabat verir.
- Perspektivdə həll olunması vacib olan maliyyə problemlərini müəyyən edir və bu problemlərin həlli yolları haqqında təkliflər verir, istifadəsi zəruri olan maliyyə imkanlarını müəyyən edir.
- Şirkətinin maliyyə-iqtisadi vəziyyətinin əsas göstəricilərini planlayır.
- Şirkətinin maliyyə stabilliyini proqnozlaşdırır və qiymətləndirir.
- Maliyyə planını təsdiqlənməsi üçün rəhbərliyə təqdim edir.
- Vegi hesabatlarının hazırlanmasına nəzarət etmək və yekun təsdiqini təşkil etmək.
Namizədlər üçün tələblər:
- Аli iqtisаd təhsili
- Mаliyyə sаhəsində üç ildən аz оlmаyаrаq iş təcrübəsi
- Maliyyə auditi və ya məsləhət xidmətləri sahəsində beynəlxalq şirkətlərdə iş təcrübəsi
- Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS)
- Azərbaycan, rus və ingilis dillərində savadlı yazı və mükəmməl şifahi vərdişlərə malik olmaq;
- Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
- Kompüterdə Windows, Word, Excel proqramlarının mükəmməl bilməsi;
İş haqqında:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı 2500-3000