Terra Pharm
Maliyyə mütəxəssisi
Son tarix 20 fev 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
- Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
- Aylıq olaraq xərclərin səmərəliliyini və məqsədyönlü olmasını təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
- Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
- Satış üzrə təhlillərin aparılması və debitorlara nəzarət edilməsi;
- Xərclərə və büdcənin icrasına nəzarət edilməsi;
- Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadi);
- Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl
- Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
- Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
- Maliyyə sahəsi üzrə analitik biliklər.
İş rejimi:
- Əmək haqqı: 2000 AZN
- İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
- İstirahət günləri - Şənbə/Bazar
Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Maliyyə mütəxəssisi” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq)