One Click Consulting
Satınalma və təchizat şöbəsinin müdir müavini
Son tarix 18 iyn 2022 - [email protected]
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları (excel-əla səviyyədə), 1C, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: 5 ildən az olmayaraq iş stajı; tikinti sahəsi üzrə satınalmada iş stajı əlavə üstünlük hesab olunur.
- Analitik düşüncə qabiliyyəti, liderlik və analiz etmə bacarığı.
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkili;
- Bazar qiymətləri və ümumi iş fəaliyyətlərinin izlənməsi;
- Anbar sahəsinə və anbardarların iş prinsiplərinə nəzarət edilməsi;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasının həyata keçirməsi;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Ödəniş sorğularının həyata keçirməsi, ödənişlərə nəzarətin edilməsi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.
- 1C proqramında satınalma və anbar modulunun yığılması və işlənməsinə daim nəzarət edilməsi.
Bilik və bacarıqlar:
- Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
- 1 C proqramından sərbəst istifadə etməsi.
- Anbar işinin qurulması prosesini bilməsi.
- Təchizatçılar tərəfindən göndərilən mal-materialların keyfiyyətini müəyyən etməyi bacarmalı.
- Mal-materialların adlarını və tikintidə istifadəsinə dair texniki xüsusiyyətlərini bilməsi.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
Əmək haqqı: min 2000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “satınalma şöbəsinin müdir müavini" adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.