AZE Project
Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis
Son tarix 22 iyn 2024 - [email protected]
İş barədə məlumat:
- Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə özəl şirkət və dövlət qurumları üçün vakansiyalar var.
- Dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək
- Dünyada baş verən siyasi, iqtisadi proseslər barədə mütəmadi məlumatlar əldə etmək
- Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda koordinasiya və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prosesinə dəstək olmaq
- İşlə bağlı yazılı və şifahi tərcümələr etmək
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq
- Yerli və xarici tədbirlərdə iştirak və görüşlərdə təmsilçilik
- Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
- Əmək haqqı 2000-2500 AZN
Namizədə tələblər:
- Ali təhsil (politologiya, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər regionşünaslıq, şərqşünaslıq, beynəlxalq hüquq ixtisasları üzrə təhsili olanlara üstünlük veriləcəkdir)
- Dil bilikləri: rus və ingilis dillərindən birini yüksək səviyyədə bilməli
- Planlaşdırma və idarəetmə bacarığı
- Analitik düşünmə bacarığı
- Problem həlletmə bacarığı
- Operativ qərarvermə
- Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar etmək bacarığı
- Microsoft Office proqramlarında işləmək bacarığı
- 23-34 yaş
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.