Cyberpoint
Baş mühasib
Son tarix 02 yan 2023 - [email protected]
Öhdəliklər:
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq;
- Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- E-qaimələrin və satış sənədlərinin hazırlanması;
- Tenderdə iştirak üçün lazımi sənədlərin aidiyyatı qurumlara göndərilməsi;
- Əsas vəsaitlərin və anbar inventarizasiyası işinin təşkili;
- Mühasibat əməliyyatlarının 1C əməliyyat sistemlərinə daxil edilməsi və mütəmadi olaraq yoxlanılması;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
- Mühasibat uçotu üzrə minimum 3 il iş təcrübəsi
- MS Excel yüksək səviyyədə
- 1C ( 8.3), BTP, EMAS
- Analitik düşünmə qabiliyyəti, Cavabdehlilik və məsuliyyətlilik
- Nəticəyönümlülük və punktuallıq.
İş şəraiti:
- 5 günlük iş rejimi
- Əmək haqqı: 2000-2500 Azn
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Baş mühasib” qeyd etməklə CV formasını göndərin.