Ateshgah Sigorta
Proqramçı (Aparıcı mütəxəssis)
Son tarix 19 okt 2022 - [email protected]
Şöbə: Proqram təminatının hazırlanması və idarə olunması
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: müvafiq sahədə minimum 2-4 il
- Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
- C# (OOP), Asp.Net MVC ve .net Core üzrə mükəmməl bilik
- SQL, SQL Server biliyi
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin hazırlanması
- Hazır modullara texniki dəstəyin göstərilməsi
- Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
- Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
- Proqram səhvlərini təhlil edib ,düzəldib və hesabatlarını vaxtında təqdim etmək
- Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2
- Əmək haqqı: 2000-2500 NET arası (razılaşmağa əsasən)
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqramçı (Aparıcı mütəxəssis)” qeyd etmələri xahiş olunur