SMTS
Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi
Son tarix 01 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
- Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
- Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
- Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
- Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
- Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
- Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına nəzarət etmək;
- AutoCAD proqramından istifadə edərək, bütün təsvirləri hazırlamaq;
- Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
- Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
- Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək;
- Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
- Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
- Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək.
Tələb olunan təhsil və biliklər:
- Mexanika mühəndisi ixtisası üzrə ali təhsil
- Mexanika mühəndisi olaraq inşaat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 27-50
- Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.