Baş mühasib
Son tarix 05 apr 2022 - [email protected]
İş şəraiti:
- Həftədə 5 iş günü (saat 08:00-17:00), 2 gün istirahət
- Ofis
- Əmək haqqı: 2000-2500 AZN
Bu şirkətlər işçi yığır: əmək haqqı 350-600-1000-1500 manat - 20 VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1200-1500 manat - 15 VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-800-1000-1500 manat - 23 VAKANSİYA
Vəzifələri:
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi
- Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamanması
Tələblər:
- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil ;
- Azərbaycan dili , ingilis dili (rus dili arzuolunandır);
- Kompüter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (Neft-Qaz sahəsi üzrə təcrübəyə üstünlük verilir);
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;
Xahiş edirik, mövzu hissəsində “Baş Mühasib” yazaraq, öz CV-lərinizi e-poçt ünvanına göndərəsiniz.