GP Imishli Cotton
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 20 avq 2022 - [email protected]
Namizədə dair əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika sahəsi)
- Təchizat üzrə 3 il iş təcrübəsi; (Kənd Təsərrütı sahəsində iş təcrübəsi arzu ediləndir)
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Hesabat vermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
- Təchizat zənciri haqqında ümumi biliklər;
- Azərbaycan, ingilis və rus dilləri;
Əsas vəzifə və öhdəliklər:
- Müqavilələri düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
- Bazar üçün əhəmiyyət kəsb edən malların bazarda istehsalçılarını araşdırmaq və tapmaq;
- Logistika və nəqliyyat nəzarətinin təşkili;
- Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
- Alınan malların keyfiyyətinə nəzarət;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
- Xarici satınalmalar zamanı Gömrüklə işləmə bacarığı;
- Satınalma sənədlərini hazırlama qabiliyyəti.
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
- Bazardan (xaricdə olan şirkət və ya yerli mağaza-müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Təchizat, anbar, logistika işinin təşkil edilməsi;
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki, İş yeri: Bakı şəhəri, Çinar Plaza
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 2000-2200
- Yaş həddi : 23-45
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar