SMTS
Texniki İstehsalat Departamentinin Mühəndisi
Son tarix 14 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələrin incələnməsi və iş həcmlərinin hesablanması.
- Smetaların tərtibi.
- Layihə həllərinin verilməsi və Layihələndirmə işləri ilə bağlı texniki tapşırıqların hazırlanması.
- Texniki hesabatların hazırlanması.
- Material hesabatlarının hazırlanması.
Namizədə olan tələblər:
- İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).
- Texniki İstehsalat Departamentində (Şöbəsində) ən az 3 il iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
- Microsoft Office (Excel və Word) proqramlarını mükəmməl, AutoCad proqramında yaxşı səviyyədə işləmək bacarığı və sürətli hesabat hazırlama qabiliyyətinə malik olmalı.
- Azərbaycan dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək).
- Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.
- Məsuliyyətli, dəqiq, işini vaxtında və keyfiyyətli təhvil verməli.
- Komandada işləmək bacarığına sahib olmalı.
- Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarığı olmalı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 30-55
- Əmək haqqı 1800 – 2300 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.