Zəhmət - Ruzi MMC
Baş mühasib
Son tarix 10 apr 2022 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi
- Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamanması
Tələblər olunan keyfiyyətlər:
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
- Mühasibatlıq üzrə min.5 il iş təcrübəsi;
- Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
- İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
İş barədə məlumat:
- AR qanunvericikliyinə uyğun sənədləşmə
- İş yeri Xırdlan şəhəri
- İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək, istirahət günləri şənbə, bazar
- Şirkət hesabına nahar
- Əmək haqqı 1700-2000 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişir)
Maraqlananlar CV-lərini mövzu yerinə “ Baş mühasib” yazaraq mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.