Gravity Inc
Tədbirlərin idarəedilməsi üzrə menecer
Son tarix 05 dek 2022 - [email protected]
Əmək haqqı: 1500 AZN
İş qrafiki: Həftə içi 5 gün (saat 09.00-dan 18.00-dək), şənbə günləri natamam iş günü
Namizəddən Tələblər:
- Tədbirlərin idarəedilməsi sahəsində təcrübə (həyata keçirdiyi tədbirlər haqqında məlumatın olması arzuolunandır);
- Layihələrin idarəedilməsi sahəsində PMI, IPMA, PRINCE2 və ya digər oxşar təşkilatlar tərəfindən təqdim edilən sertifikat və ya diplom (mütləqdir);
- İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil (tam ali təhsil);
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
- Layihələrin və tədbirlərin idarəedilməsi üzrə təcrübə, bilik və bacarıqların olması;
- Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- İngilis və rus dillərini mükəmməl bilmək üstünlükdür;
- Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı (sertifikatların olması üstünlükdür).
Vəzifə Öhdəlikləri:
- Tələblərə, hədəf auditoriyaya və məqsədlərə uyğun olaraq tədbiri əvvəldən sona qədər planlaşdırılması və idarə olunması;
- Layihənin və tədbirin uğurlu olması üçün lazımi meyarların və tələblərin təyin olunması, buna uyğun olaraq komandanın, vendorların, könüllülərin və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) idarə olunması
- Tədbirlərin keçirilməsi ilə bağlı məkan, avadanlıqlar, dekor, promo-materiallar və s. kimi bütün detalları təşkil etmək;
- Tədbirin icra planının, əməliyyat planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi;
- Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
- Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirmək;
- Komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvlərinə nəzarət etmək, həmçinin daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək;
- Gündəlik, həftəlik iş planının qurulması və monitorinqi;
- Baş verə biləcək problemlərin və risklərin öncədən planlaması və tədbirin tələblərə uyğun olaraq keçirilməsi üçün risklərin iradə olunması;
- Layihənin gedişatına və tələblərinə əsasən layihə və tədbirlərlə bağlı digər lazımi işlərin icra və ya nəzarət olunması.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Tədbirlərin idarəedilməsi üzrə menecer” qeyd etmələri xahiş olunur.