Cyberpoint
Hüquqşünas
Son tarix 07 iyl 2023 - [email protected]
Öhdəliklər:
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Aidiyyatı məsələlərə dair rəylərin hazırlanması;
- Müvafiq dövlət orqanlarına sənədlərin hazırlanması;
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.
Tələblər:
- Ali təhsil (hüquq sahəsi üzrə);
- Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar
- İşgüzar yazışma əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.
İş şəraiti:
- 5 günlük iş rejimi
- Əmək haqqı: 1500-2000
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Hüquqşünas” qeyd etməklə CV formasını göndərin.