BONAFIDE Law Firm
Biznesin inkişafı üzrə mütəxəssis
Son tarix 30 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
Biznesin planlaşdırılması üzrə
- bazar araşdırmasının aparılması və yeni satış imkanlarının müəyyən edilməsi edilməsi,
- şirkətin illik biznes planının hazırlanması və icrasına nəzarət edilməsi;
- rəqiblər haqqında məlumatların izlənilməsi və müvafiq bazara nəzarətin təşkili;
- rəhbərliyə şirkətin işinə təsir göstərə biləcək bazar hadisələri haqqında mütəmadi olaraq yeniliklərin və məlumatların təqdim edilməsi;
Müştərilərin cəlb edilməsi üzrə
- müştərilərin cəlb olunması üçün onlarla ilkin ünsiyyətin qurulması;
- müştərilərlə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi üçün mövcud və potensial müştərilərlə fəal şəkildə əlaqənin saxlanılması;
Marketinq üzrə
- şirkətin marketinq planının hazırlanması və icrasına nəzarət edilməsi;
- şirkətin ofisinin cəlbediciliyinin artırılması üçün təkliflərin hazırlanması;
- şirkətin veb-səhifəsinin və sosial şəbəkə hesablarının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
- şirkətin peşəkar birliklərdə, o cümlədən beynəlxalq ixtisaslaşmış təşkilatlarda mümkün üzvlüyü imkanlarının müəyyənləşdirilməsi, təşkili və əlaqələndirilməsi;
- şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə sertifikatlaşma imkanlarının araşdırılması və təşkili
Konfrans və seminarlar üzrə
- konfrans və seminarlara çıxış imkanlarının müəyyənləşdirilməsi, əlaqələndirilməsi və qiymətləndirilməsi
Tələblər:
- İqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
- Şirkətin biznesinin inkişafında, şirkətin xidmət və ya məhsul bazarının payının artırılmasında ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (mükəmməl), İngilis dili (arzuolunandır);
- Microsoft Office və Adobe Acrobat Pro proqramları üzrə biliklər;
- Bazar araşdırması və layihənin idarə olunması bacarıqları
Şərtlər:
- 5 günlük normal iş rejimi (09.00 – 18.00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 1200-1500 AZN məbləğində maaş (namizəddən asılı olaraq)
- Cəlb edilən müştəriyə görə əlavə bonuslar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız vakansiyaya daha uyğun gələn şəxslərlə əlaqə saxlanılacaq. Xahiş edirik bizimlə birbaşa telefon əlaqəsi yaratmağa cəhd etməyəsiniz. Təşəkkür edirik!