NBK Motors MMC
Baş Mühasib
Son tarix 16 mar 2026 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Babək plaza
- Sahə: Avtomobil satışı / idxal
- İş qrafiki: Tam iş günü
- Təcrübə: Minimum 5 il
- Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat)
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;
- Avtomobil alqı-satqısı üzrə tam mühasibat uçotunun aparılması
- İdxal olunan avtomobillər üzrə gömrük bəyannamələrinin, rüsumların, ƏDV və digər ödənişlərin uçotu
- Gömrük və logistika xərclərinin avtomobillərin maya dəyərinə düzgün daxil edilməsi
- Gömrüklü, gömrüksüz və satılmış avtomobillərin uçotunun aparılması
- Vergi uçotu və hesabatların (ƏDV, mənfəət, gəlir, DSMF və s.) hazırlanması
- Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
- Maliyyə və statistik hesabatların vaxtında və dəqiq təqdim edilməsi
- Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
- Bank və kassa əməliyyatlarına nəzarət
- Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;
- Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;
- Debitor və kreditor borclarına nəzarət
- Müqavilələrin maliyyə baxımından yoxlanılması
- Mühasibat sənədlərinin arxivləşdirilməsi
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
TƏLƏBLƏR:
- Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
- Avtomobil satışı və ya idxal sahəsində mühasibatlığa dair dəqiq biliklər
- Vergi və mühasibat qanunvericiliyini dərindən bilmək
- Gömrük əməliyyatları üzrə dəqiq və tam biliklər
- Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
- Analitik düşüncə və yüksək məsuliyyət
ŞİRKƏT TƏKLİF EDİR:
- Stabil iş mühiti
- Karyera inkişafı imkanları
- Əmək haqqı: 5000-10000 AZN
MÜRACİƏT QAYDASI:
CV-lərinizi “Baş mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.











