Azerbaijan School of Diplomacy
İcraçı Direktor
Son tarix 31 yan 2023 - [email protected]
Tələblər:
- Yaş həddi 25-35 yaş arası olmalı;
- İqtisadiyyat və idarəetmə, biznes və marketinq, idarəetmə sahəsində ali təhsilli olmalı;
- Minimum 3 il (iki il rəhbər vəzifədə olmaq şərti ilə) iş təcrübəsi olmalı;
- Seçim zamanı müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir;
- İdarəçilik prinsiplərini yaxşı bilməli, ünsiyyətə yönümlü olmalıdır;
- Güclü liderlik keyfiyyətinə sahib olmalıdır;
- Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
- Ezamiyyətlərə getmək imkanına malik olmalıdır;
- Nitq danışığı və nitq mədəniyyəti;
- Təşkilatçılıq qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti;
- Azərbaycan dilini sərbəst və səlist, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir;
- Komputer biliyi: MS Office proqramları
Vəzifələr:
- Mərkəzin iş prinsiplərinə uyğun olaraq, struktur bölmələrin işini təşkil etmək;
- İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
- Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
- Mərkəzin qısamüddətli və uzunmüddətli fəaliyyət planlamalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
- Mərkəz üçün yarana bilən riskləri və ya imkanlarını müəyyən etmək;
- Müəssisənin korporativ mədəniyyət kodeksinin tələblərinin yerinə yetirilməsini təmin etmək;
- Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;
- Mərkəzin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- İşçilərin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İşçi komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
- Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq;
- Mərkəzin idarə olunması ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarın verilməsi prosesində iştirak etmək;
- Təlim və tədris, inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
- Yüksək səviyyəli təlimçilərin cəlb olunmasını təmin etmək;
- Tədbirlər planınını hazırlamaq;
- Mərkəzin iclas və müşavirələrində iştirak etmək;
- Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsini təmin etmək;
- Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsini həyata keçirmək;
- Mərkəzin fəaliyyətinə nəzarət etmək, hədəfə çatmaq üçün analizlərin aparmaq və hesabatların vermək;
İş şəraiti:
- İş rejimi 6 günlükdür;
- İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır;
- Ə/h: 2000 AZN
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına 30 Yanvar tarixinədək e-mailin mövzu hissəsində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.