Company
Hüquqşünas (Lerik, Şirvan, Lənkəran, Zərdab, İmişli, Göyçay, Şamaxı, Ağcabədi)
Son tarix 06 okt 2023 - [email protected]
Şirkətimizin bölgələrdəki (Lerik, Şirvan, Lənkəran, Zərdab, İmişli, Göyçay, Şamaxı, Ağcabədi) ofislərində hüquqşünas vakansiyaları mövcuddur. Müraciət etmək üçün vəzifə öhdəlikləri və namizədə qarşı tələblərlə tanış olun:
Ümumi vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərlə iş;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, akt və sərəncamların, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
- Görüş, iclas və təqdimatların təşkili, iştirak;
- Müştərilər ilə görüşlərdə iştirak, onların müraciətlərinin qəbulu;
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
- Hesabatların hazırlanması və təqdim edilməsi
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təklif olunan əmək haqqı:1000 AZN (Net)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 6 oktyabr 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.