Kristal Abşeron
Anbardar (Ağdam)
Son tarix 22 mar 2023 -
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Ağdam;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Anbardar (Ağdam) ” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.