Foton
Baş inşaat mühəndisi
Son tarix 23 avq 2025 [email protected]
Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 4.000-4300 AZN;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Tikinti layihələrinin planlaşdırılması, nəzarəti və icrasına rəhbərliyin edilməsi;
- Texniki cizgilərin və layihə sənədlərinin yoxlanılması və uyğunluğunun təmin edilməsi;
- Tikinti sahəsində təhlükəsizlik qaydalarına nəzarət edilməsi;
- Podratçılar və digər müvafiq tərəflərlə əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi;
- Tikinti materiallarının keyfiyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət edilməsi;
- Layihə büdcəsinin və qrafiklərinin izlənilməsi;
- Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi);
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi (layihələrin idarə olunması təcrübəsi üstünlükdür);
- Azərbaycan tikinti normativləri və beynəlxalq standartlar haqqında biliklər;
- AutoCAD, MS Project və digər müvafiq proqram təminatlarını haqqında biliklər;
- Komanda ilə işləmək və rəhbərlik etmə bacarığı;
- PMP və ya digər layihə idarəetməsi sertifikatları;
- İş sahəsində risklərin idarə olunması üzrə biliklər;
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);
CV-lərinizi “Baş inşaat mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Satınalmalar şöbəsinin müdiri
Son tarix 22 avq 2025 - [email protected]
Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 4500-5000 AZN;
- Könüllü tibbi siğorta ailə paketi; (Paşa siğorta)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun olaraq satınalma siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi;
- Biznes, əməliyyatlar, hüquq, maliyyə, risk və digər əsas maraqlı tərəflərlə aktiv işləyərək səmərəli, nəzarətli və şəffaf satınalma proseslərinin qurulması, həmçinin bu proseslərin biznesin böyüməsinə uyğunlaşdırılması;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Şirkətin illik satınalma planının hazırlanması və büdcə prosesinə inteqrasiyasının təşkili;
- Müqavilə danışıqlarının həyata keçirilməsində hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət;
- Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması təkliflərin qiymətləndirilməsi;
- Şəffaflığın təmin edilməsi və satınalma fəaliyyətləri üzrə düzgün hesabat mexanizmlərinin qurulması, təkmilləşmə imkanlarının müəyyənləşdirilməsi;
- Tabeçiliyində olan komandanın effetkiv idarəolunması və KPİ-ların təyin edilməsi;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə aid tələblər:
- Satınalma və ya təchizat zənciri üzrə 8 il ümumi təcrübə (azı 5 il rəhbər vəzifədə);
- Dil bilikləri: İngilis dili mütləqdir, rus dili üstünlükdür;
- Təhsil: Biznesin idarə olunması, təchizat zənciri və ya əlaqəli sahələr üzrə ali təhsil. Müvafiq beynəlxalq sertifikatlar (CIPS, CPSM və s.) üstünlükdür;
- Təchizatçıların idarə edilməsi: Sifariş, tender, müqavilələşmə daxil olmaqla bütün satınalma proseslərinə dair geniş bilik və bacarıqlar.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Satınalmalar şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.