Azərbaycan Sənaye Korporasiyası
Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 18 may 2022
Funksional vəzifələr:
- Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
- Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
- Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
- Təqdim edilmiş büdcə və proqnozların təhlili
- Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
- Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
- Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparilmasi və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
- Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
- Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
- Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət
Namizədə dair tələblər:
- Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
- Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi;
- Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır);
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
- ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
- Statistik və riyazi biliklər;
- Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
- ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır;
Əmək haqqı 1000-1500 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.