Azərbaycan Sənaye Korporasiyası
Korporativ hüquq və müqavilələr şöbəsinin aparıcı hüquqşünası
Son tarix 02 sen 2023 - [email protected]
İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyətini tənzimləyən və korporativ hüquqi statusunu müəyyən edən aktları hazırlamaq, yerli və beynəlxalq müqavilələri hazırlamaq, hüquqi ekspertizasını aparmaq, korporativ idarəetmə standartlarına və qanunverciliyə uyğun normativ sənədlərin hazırlamaq, layihələrə baxaraq rəy vermək,
- Cəmiyyətin aparatının digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək,
- Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan
- Respublikasının qanunvericiliyi və normativ sənədlərlə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Namizəd üçün tələblər:
- Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcəsi;
- Mükəmməl səviyyədə İngilis dili bilikləri;
- Rus dili bilmə üstünlüyü;
- Hüquqi təhlil və araşdırma aparma bacarığı;
- Müqavilə menecmentliyi;
- Yüksək kommunikasiya bacarığı (şifahi və yazılı);
- Kommersiya və hüquqi perspektivdən problemi həll etmə, danışıqlar aparmaq bacarığı.
Əmək haqqı – 1500-2500 AZN gross
Yalnız tələblərə uyğun namizədlər müraciət etsin.
CV-lərin Azərbaycan dilində təqdim edilməsi mütləqdir.