Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası
Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri
Son tarix 18 dek 2024 - [email protected]
Əsas əmək funksiyaları:
- sahibkarlar və biznes assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
- sahibkarların müraciətlərinin qeydiyyatı və araşdırılması işinin təşkili;
- sahibkarların qaldırdığı iqtisadi məsələlərin təhlili, onlara dair rəy, arayış və təkliflər hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- sahibkarların qəbulu, zərurət olduqda onlara şifahi məsləhətlər verilməsi;
- sahibkarlar üçün təlim və dəstək xidmətlərinin təşkili, onların icrasında iştirak;
- özəl sektorla bağlı mediada yayımlanan iqtisadi məlumatlar və göstəricilərin təhlili;
- bazar araşdırmaları məqsədilə sahibkarlar arasında sorğuların təşkili;
- sahibkarlığın inkişafı sahəsində mütərəqqi layihələr, proqramlar və tədbirlər barədə təşəbbüslər irəli sürülməsi, onların hazırlanması və təşkilində iştirak;
- Konfederasiyanın üzvləri, komissiyaları və regional nümayəndələrinin zəruri məlumatlarla təmin edilməsi;
- üzvlər, komissiyalar və regional nümayəndələrin reyestrinin aktuallığının təmin edilməsi;
- üzvlər arasında işgüzar əlaqələrin qurulmasına təşkilati dəstək, onlar üçün təlim proqramlarının təşkili;
- komissiyaların işinin təşkili, regional nümayəndələrin işinin koordinasiyası;
- Konfederasiyanın media vasitələri üçün şöbənin fəaliyyətinə dair məlumatların təmin edilməsi, monitorinqi və təkliflər verilməsi;
- icraatına verilən sənədlərin araşdırılması, müraciətlərin cavablandırılması;
- icraatına verilən sənədlərə iqtisadi rəy, arayış və təkliflər verilməsi;
- şöbədaxili hədəflərin müəyyən olunması və hədəflərin icrasına nəzarət;
- şöbənin iş planı və fəaliyyətinin nəticələri barədə dövri hesabatların hazırlanması, dövri statistik bülletenlərinə nəzarət;
- şöbə əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması, onların daxili intizam qaydalarına əməl etməsinə nəzarət və fəaliyyətinin qiymətləndirilməsi;
- Konfederasiyanın strateji hədəflərinin müəyyən edilməsi və strateji planının hazırlanmasında iştirak.
Namizəd üçün tələblər:
- ali təhsil (biznes idarəetməsi / iqtisadi menecment ixtisaslarına üstünlük verilir);
- azı 5 il iş təcrübəsi (biznes idarəetməsi / iqtisadi menecment və ya müştərilərlə iş sahəsində);
- ingilis dili bilikləri (əlavə rus dili bilikləri arzuolunandır);
- iqtisadi təhlil və proqnozlaşdırma bacarığı, kreativlik və təşəbbüskarlıq;
- güclü kommunikasiya qurmaq bacarığı;
- liderlik və komandanı idarəetmə bacarığı;
- ofis proqramlarında işləmə bacarığı.
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- İş vaxtı 09:00 – 18:00;
- İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir).
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.
Maraqlanan şəxslər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaqdır.