Azerbaijan Micro-finance Association
Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis
Son tarix 19 avq 2022 - [email protected]
Əsas Vəzifə Öhdəlikləri:
- Statistik məlumatları maliyyə təşkilatlardan toplayaraq hesabatlar hazırlamaq;
- Üzv təşkilatların assosiasiya fəaliyyətində fəal iştirakını təşviq etmək;
- Üzv təşkilatların Assosiasiya daxilində xidmətlərdən istifadəsini monitorinq etmək;
- Üzv təşkilatların arasında müxtəlif səpkili sorğuların keçirilməsi (məmnunluq , ehtiyacların və təkliflərin öyrənilməsi və s.);
- Yeni potensial təşkilatları assosiasiyanın üzvlüyünə cəlb etmək;
- Üzv təşkilatlara göstərilən xidmətlərinin keyfiyyəti və çeşidinin artımı ilə bağlı təkliflər hazırlamaq;
- Təlim, seminar və dairmi masa texniki və lobbiçilik məsələlərə dair görüşləri təşkil etmək;
- Üzvlərin müxtəlif istiqamətlər üzrə əlaqələndirici şəxslərinin əlaqə koordinatlarının bazasını yaratmaq və müntəzəm olaraq yeniləmək;
- Üzvlük haqlarının toplanması və üzvlərin müxtəlif layihələrin maliyyələşdirilməsinə təşviq edilməsi proseslərinə töhfə vermək;
- Assosiasiyada könüllü əsaslarda çalışan şəxslərin fəaliyyətini koordinasiya etmək;
- Assosiasiyanın İllik Mükafat proqramlarının,İlik Konfrans və İnvestorlar Yarmarkasını təşkil etmək;
- Maliyyə sektorunun inkişafını dəstəkləyən texniki layihələrin icrası zamanı tələb olunan dəstəyi göstərmək;
- Rəhbərliyin digər tapşırıqlarını icra etmək Tələb Olunan Texniki Bilik və Bacarıqlar:
- İdarəetmə, iqtisadiyyat, maliyyə, marketinq və sair uyğun sahədə ali təhsil;
- Uyğun sahədə 3 il iş təcrübəsi;
- Səmərəli biznes ünsiyyət bacarıqları o cümlədən müştəri xidmətləri, satış və danışıqlar aparmaq sahəsində təcrübə;
- Araşdırma aparmaq, sorğular keçirmək, analitik təhlil və yazılı hesabatlar tərtib etmək bacarıqları;
- İnternet səhifəsini idarə etmək və social media bacarıqları;
- Azərbaycan və ingilis dillərinə sərbəst yazı və danışıq qabiliyyəti, rus dili arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı(MS Excel proqramında pivot cədvəllərlə işləmək təcrübəsi vacibdir);
- Yüksək peşə hazırlığı və mənəvi-əxlaqi keyfiyyətlər;
- Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək qabiliyyəti;
- Fərdi və komanda şəklində işləmək bacarığı.
İş üçün ərizələri/müraciətləri, tərcümeyi hal(CV) ilə bərabər 31 iyul 2022-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.
Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni “Üzvlərlə Əlaqələr üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.