Azərbaycan Respublikasının Mərkəzi Bankı
İnformasiya və kibertəhlükəsizlik departamenti / İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsinin Mütəxəssisi
Son tarix 11 sen 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- Əməliyyat planının icrasına nəzarətin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi;
- İnformasiya və kibertəhlükəsizlik üzrə baş verən yeniliklərin daim izlənilməsi və proseslərdə nəzərə alınması üçün təkliflərin verilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə normativ-metodoloji bazanın hazırlanması və davamlı aktuallaşdırılması ilə bağlı zəruri araşdırmaların aparılması, təqdimatların, hesabatların hazırlanması;
- İnformasiya təhlükəsizliyi idarəetmə sistemi üzrə müəyyən edilmiş nəzarət tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
- İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və tətbiqinə nəzarətin həyata keçirilməsi üzrə zəruri koordinasiyanın təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə yoxlama proseslərində iştirak;
- Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirilməsi və cavab tədbirlərini formalaşdırılması üçün təkliflərin verilməsi və əsaslandırılması;
- Korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq lahiyələrin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyi tələblərlərinin müyyən edilməsi və təmin edilməsinə dəstək göstərilməsi;
- Audit yoxlama nəticələrinin araşdırılması və müvafiq tədbirlər planlarının hazırlanması;
- İnformasiya və kibertəhlükəsizliyin təmin olunması sahəsində bankdaxili hazırlıq və maarifləndirmə prosesinin icra edilməsi;
- İnformasiya və kibertəhlükəsizlik üzrə məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğuların keçirilməsinin təşkili, yekun hesabatların hazırlanması
Texniki kompetensiyalar:
- Məlumatların tamlığının monitorinq edilməsi
- Səlahiyyətli giriş hüquqlarına nəzarət
- Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
- Məlumat sızıntısının qarşısının alınması
- Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
- Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;
Təcrübə:
- İnformasiya texnologiyaları sahəsində ümumilikdə 3 il, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur
Təhsil:
- İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil tələb edilir.
Dil bacarığı:
- Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yaxşı səviyyədə
Kompüter bacarıqları:
- MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point, MS Windows
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Data departamenti / Data əməliyyatları və analitika şöbəsi / Analitika Bölməsinin Aparıcı data mühəndisi
Son tarix 11 sen 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- Data əsaslı informasiya sistemlərinin yaradılmasında və istismara verilməsində iştirak edir;
- Məlumat keyfiyyətini yoxlamaq və məlumat təmizləmə işlərini yerinə yetirir;
- Böyük məlumat dəstləri üzərində statistik analizlər hazırlıyır;
- Məlumat modelləri yaradır və iş prosesləri üçün analitik həllər inkişaf etdirir;
- Struktur vahidlərə analitik hesabatlıq üzrə dəstək təmin edir və data əsaslı qərar vermə proseslərinə töhfə verir;
- Məlumat analizi layihələrinin idarə edilməsinə dəstək göstərir və koordinasiyası edir;
- Təşkilatın müxtəlif struktur bölmələri ilə ilə yaxın əməkdaşlıq edərək məlumat ehtiyaclarını müəyyənləşdirir;
- Məlumat analitikası və data mining proseslərinin icrası, böyük və kompleks məlumat dəstləri üzərində analizlərin aparılması;
- Mürəkkəb məlumat dəstlərinin təhlili vasitəsilə inkişaf meyllərinin və potensial imkanların müəyyən edilməsi;
Texniki kompetensiyalar
- SQL
- Data analitikasına dair proqramlaşdırma dilləri (Python və ya R) üzrə yüksək biliklər.
- Müxtəlif növ verilənlər bazası ilə işləmək təcrübəsi(Oracle, MySQL, PostgreSQL).
- Dataların vizuallaşdırılması alətləri (Power BI , Tableau və.s ) ilə təcrübə tələb olunur
Təcrübə
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
- IT, Riyaziyyat, İqtisadiyyat, Kompüter texnologiyaları, Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur
Dil bacarığı
- Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office proqramları üzrə işləmək bacarığı tələb olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.