Azərbaycan Respublikasının Mərkəzi Bankı
Satınalmalar departamenti \ Müsabiqəli satınalmalar şöbəsi (Mütəxəssis)
Son tarix 15 apr 2026 Müraciət et
Vəzifənin funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak;
- Fəaliyyət istiqaməti üzrə araşdırmaların aparılması;
- Satınalma prosedurlarının həyata keçirilməsi işinin təşkilində iştirak (satınalma komissiyalarına zəruri təşkilati və texniki dəstəyin göstərilməsi, Əsas şərtlər toplusunun hazırlanması, elanların yerləşdirilməsi və s.);
- Təklif vermiş iddiaçıların təkliflərinin, sənədlərinin təhlili və qiymətləndirilməsi;
- Əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq qalib olunmuş iddiaçı ilə müqavilələrin bağlanması;
- Bağlanmış müqavilələrin müddətinə nəzarət;
- Şöbənin cari fəaliyyətinin tələbləri baxımından qarşıdakı il üçün büdcə planının hazırlanmasında iştirak;
- Satınalma prosesləri ilə bağlı Mərkəzi Bankın struktur bölmələri ilə yazışmaların aparılması;
- Funksional fəaliyyətə dair müvafiq hesabatların hazırlanmasında iştirak;
- Müvafiq normativ metodoloji bazanın hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi
Texniki kompetensiyalar:
- Müvafiq sahədə qanunvericilik (Yüksək)
- Beynəlxalq satın alma prosedurları haqqında (Orta)
- Dövlət Satınalma Portalından istifadə (Yüksək)
- Standartlaşdırma və sertifikatlaşdırma (İlkin)
- Analitik təhlil etmə (Orta)
- Təqdimat və yazı bacarığı (Yüksək)
Təcrübə:
- Ümumi Satınalma təcrübəsi minimum 1 il
Təhsil:
- Ali təhsil
Dil bacarığı:
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (orta səviyyədə), Rus dili (orta səviyyədə)
Kompüter bacarıqları:
- MS Office proqramları (orta səviyyədə)
Sertifikatlar:
- Satınalmalar sahəsində arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














