Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şöbə rəisi
Son tarix 23 sen 2025 - Müraciət et
Struktur bölmənin adı
- Maliyyə texnologiyaları və innovasiyalar departamenti / Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsi
Vəzifənin funksiyaları:
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Maliyyə texnologiyaları və innovasiyaların tətbiqi üzrə bazar araşdırması aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
- Ölkədə maliyyə texnologiyaları sahəsində baş verən yenilikləri izləyir, innovativ həllərin və alətlərin istifadəsi istiqamətində araşdırmalar aparır, müvafiq təkliflər (discovery cases) formalaşdırır və inkişaf strategiyalarını hazırlayır;
- Maliyyə bazarlarında tənzimləyici tələblərə riayət olunmasının səmərəliliyini artırmaq (RegTech) və nəzarətin effektivliyini yüksəltmək (SupTech) məqsədilə texnologiyaların tətbiqi üzrə təhlillər aparır, yerli və beynəlxalq təcrübəni öyrənir;
- Maliyyə bazarlarında innovativ texnologiyaların yaradılması, pilot rejimində sınaqdan keçirilməsi və tətbiqində iştirak edir, həmçinin bu istiqamətdə fəaliyyətləri əlaqələndirir;
- İnformasiya texnologiyaları departamentinin aidiyyəti şöbələri ilə birgə maliyyə bazarlarında avtomatlaşdırıla biləcək prosesləri müəyyənləşdirir və müvafiq layihələrin icrasında dəstək göstərir;
- Tətbiq olunacaq sistem və təşəbbüslərlə bağlı aidiyyəti struktur bölmələr və icraçı şirkətlərlə birlikdə texniki şərtlərin hazırlanmasında iştirak edir;
- Yaradılan sistemlərin normativ–metodoloji bazasının hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
- Maliyyə texnologiyaları üzrə texnoloji standartların hazırlanması, tətbiqi və aktuallığının təmin edilməsini təşkil edir;
- İnnnovativ məhsulların inkişafı üçün xüsusi tənzimlənən texniki sınaq mühiti (sandbox) yaradır və bazar iştirakçılarının bərabər şərtlərlə iştirakını təmin edir;
- Maliyyə bazarlarında tətbiq olunan informasiya sistemlərinin və rəqəmsal həllərin layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi, inteqrasiyası, istismara verilməsi və davamlı modernizasiyasında iştirak edir;
- Maliyyə institutlarının rəqəmsal kanallar vasitəsilə dövlət və özəl məlumat mənbələrinə çıxışını asanlaşdırmaq üçün dövlət qurumları ilə əməkdaşlıq edir;
- Maliyyə texnologiyaları və innovasiyalar sahəsində strateji hədəflərin və əməliyyat planının hazırlanmasında iştirak edir;
- Maliyyə bazarlarında maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə Mərkəzi Bank, digər qurumlar və maliyyə bazarının iştirakçılarının yerli və beynəlxalq təşkilatlarla fəaliyyətinin koordinasiyasını təşkil edir;
- Şöbənin funksiyalarına aid məsələlər barədə müraciətlərə və məktublara cavablar hazırlayır;
- Müvafiq layihələrdə iştirak edir və hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim olunmasını təmin edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
- İdarə etdiyi şöbənin işini planlaşdırır, əməkdaşların fəaliyyətini əlaqələndirir və iş bölgüsünü həyata keçirir.
- Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək üçün mentorluq və təlimlər təşkil edir.
- Şöbənin fəaliyyətinə dair mütəmadi iclaslar keçirir, hədəflərə nail olunmasını təmin edir.
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Təcrübə
- Müvafiq sahə üzrə 4 il iş təcrübəsi tələb edilir
Təhsil
- Ali təhsil (İnformasiya Texnologiyaları, Tətbiqi riyaziyyat, darəetmə, İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə) tələb edilir.
Kompüter bacarıqları
- MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri üzrə bacarıqlar tələb olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.