Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük sistem inzibatçısı (Microsoft üzrə)
Son tarix 31 iyl 2025 - Müraciət et
Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti \ İT infrastruktur təminatı şöbəsi \ Sistem inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
- Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə proqram təminatlarının tətbiqi işində iştirak edir;
- Domain mühitinin idarə olunması;
- Ehtiyat mərkəzdə dayanıqlılığın təmin edilməsi;
- Mail serverin fəaliyyətinin davamlılığın təmin edilməsi;
- Microsoft üzrə proqram təminatı yenilənmələrinin təmin edilməsi;
- Sertifikat serverlərin fəaliyyətinin davamlılığının təmin edilməsi;
- Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
- Mərkəzi Bankın uçot sahələrinin idarə edilməsini təmin edən informasiya sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təşkil edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzlərində işi təşkil edir;
- İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
- Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.
Texniki kompetensiyalar
- Layihələrin idarə edilməsi üzrə bilklər və təcrübə
- İnsidentlərin texniki izahı
- Təqdimat və yazı bacarığı
Təcrübə
- Microsoft inzibatçılığı üzrə 4 il iş təcrübəsi
Təhsil
- İnformasiya Texnologiyaları və Riyaziyyat sahəsində ali təhsil tələb olunur. Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 6 il iş təcrübəsi tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yüksək səviyyədə)
Kompüter bacarıqları
- Active directory
- WDS/ WSUS
- DFS/DFRS
- Exchange Server
- Sertifikat server
- Microsoft Configuration Manager
- ESXİ/ VCenter (əlavə üstünlük)
- Veeam backup (əlavə üstünlük)
- FileServer/PrintServer
- Domain controller
- Microsoft Azure
- Witness Server
Sertifikatlar
- Microsoft Certified Solutions Associate (MCSA) və ya ekvivalentli sertifikatlar üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.