Arash Holding
Satış meneceri
Son tarix 27 avq 2023 - [email protected]
Şirkətimizin Özbəkistandakı filialına satış meneceri axtarılır
İş barədə məlumat:
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarını əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq
- Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək
Namizədə tələblər:
- Bəy tələb olunur
- Təcrübə: Ən azı 1 il satış təcrübəsi
- Dil bilikləri: Rus, İngilis dili
- Gülərüz, ünsiyyətcil.
- Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək
- Satış bacarığını və biliklərini daim inkişaf etdirmək
- Komanda ilə işləmə bacarığı
İş qrafiki: Həftə içi 6 gün saat 9:00-18:00
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq+ satışdan olan faiz.
Özbəkistana gediş bileti və orda yaşayış yeri şirkət tərəfindən təmin olacaqdır.