Azərbaycan Dəmir Yolları
Risklərin idarə edilməsi üzrə böyük mütəxəssis
Son tarix 08 avq 2024 - Müraciət et
Təsvir:
- Risklərin idarə edilməsi məqsədi ilə ADY-nin digər struktur bölmə və qurumlarından alınmış məlumatları təhlil etmək, müxtəlif sahələrdə riskləri müəyyən etmək və onların vaxtaşırı qiymətləndirilməsində iştirak etmək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək, risklərin effektiv idarə edilməsi üçün onların qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə hesabatı şöbə müdirinə təqdim etmək;
- ADY risk iştahası bəyannaməsinin hazırlanmasında iştirak etmək və təklifləri şöbə müdirinə təqdim etmək;
- Risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak etmək və şöbə müdirinə hesabat təqdim etmək;
- Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmalar aparılmaq və hesabatlar hazırlanmaq
Tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- İşgüzar yazışma qaydalarının əsasları üzrə biliklər;
- Peşəkar ünsiyyət psixologiyası üzrə biliklər;
- Fəaliyyət sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarığı üzrə biliklər
İT/Aparıcı testləşdirici (İT Tester Engineer)
Son tarix 08 avq 2024 - Müraciət et
Təsvir:
- Manual və avtomatik testlər etmək;
- Proqram təminatının və sistem spesifikasiyalarının nəzərdən keçirilməsini və təhlilini təmin etmək;
- Test planlarının və effektiv strategiyaların hazırlanmasını və yaradılmasını təmin etmək;
- Sistemin təhlili və test strategiyalarının inkişaf prosesinin tələblərinə uyğunluğunu təmin etmək;
- Proqram təminatının vəziyyətini vurğulamaq üçün səhvlərin müəyyən edilməsi və hesabatların yaradılmasını təmin etmək;
- Qüsurları düzəltmək üçün debug proqramlarını icra etmək;
- Bütün səhv məlumat bazalarının dəqiq məlumatlarla yenilənməsini təmin etmək;
- Problemlərin aradan qaldırılması ilə bağlı yardım göstərmək;
- QA mühəndisləri və proqram tərtibatçıları ilə əməkdaşlıq etmək;
- Yeni sınaq prosesləri və texnologiyalarının tədqiq etmək;
- Kodlardakı səhvləri müəyyən etmək və təcrid etmək;
- Proqram təminatının inkişafı zamanı keyfiyyəti təmin etmək üçün çarpaz funksional komandalarda işləmək;
- Keyfiyyət standartlarını müəyyən etmək;
- Test prosedurunun sənədləşdirilməsini, sınaq gedişi və nəticələri tərtib etmək;
- Proqram təminatının dizaynı ilə bağlı rəy bildirmək və yardım etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
- Avtomatlaşdırma test skriptlərinin dizaynı və yazılması üzrə biliklər;
- Jira, Selenium, Junit, Appium, Postman, JMeter, GitLab, SonarQube, Confluence alətləri üzrə iş bilikləri.