Azərbaycan Dəmir Yolları
Data analitik (aparıcı mütəxəssis)
Son tarix 11 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır müxtəlif təhlillər aparır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
- Yeni biznes tapşırıqlarının icrası üçün SQL sorğularının yazılması və optimallaşdırılması tapşırıqlarını icra edir;
- Tabluar modelin qurulması və təkmilləşdirilməsində müxtəlif tapşırıqları icra edir;
- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ən az 2(iki) il iş təcrübəsi;
- Təhsil: Ali (Riyaziyyat, Kompüter mühəndisliyi, Biznes analitikası, Data analitikası, Analitika);
- Xarici dil: İnglis dili (yaxşı), Rus dili(yaxşı);
- Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı);
- Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot, MS visio bilikləri;
- Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Problem həlletmə
- Keyfiyyət yönümlülük
- Analitik düşüncə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
- İş yeri: Baş ofis (Dilarə Əliyeva, küç. 230, Bakı, AZ 1010)
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 10.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis
Son tarix 13 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;
- ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;
- Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
- Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Xarici dil: İngilis dili – Yaxşı, Rus dili – Yaxşı;
- Kompüter bilikləri: MS Office (yaxşı);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- İnsan resurslarına aid olan normativ, metodik və digər materiallar üzrə biliklər;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Dəyişikliklərə uyğunlaşma;
- Məlumat əldə etmə;
- Diqqətlilik.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 12.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.