Planlaşdırma, modelləşdirmə və büdcə şöbəsində iqtisadçı
Son tarix 29 dek 2021
Vakansiyanın kodu: V211213-1
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: Gündəlik
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Mühasibatlıq
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: Tələb edilmir
Tələb olunan komputer bilikləri: MS Office – sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər:
-
Maliyyə hesabatlarının təhlili üzrə biliklər;
-
Büdcənin qurulması və izlənilməsi, əsas fəaliyyət göstəricilərinin hesablanması üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
-
Motivasiya;
-
Komanda işi;
-
Nəticəyönümlülük;
-
Etibar yaratma;
-
Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
-
Keyfiyyət yönümlülük;
-
Diqqətlilik;
-
İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri:
-
Müraciət edən namizədlərin ACCA və ya CFA Level I üzrə sertifikatlarının olması arzuolunandır.
-
Excel VBA və ya digər proqlamlaşdırma dilləri (RStudio, Python) üzrə biliklərin olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
-
Şirkətin texniki və əməliyyat göstəricilərinə əsaslanaraq texniki planın və müvafiq maliyyə göstəricilərinin hesablanması və qurulması;
-
Şirkətin əsas modelinin yenilənməsi və inkişaf etdirilməsi;
-
Törəmə müəssisələr, yeni investisiya layihələri üzrə modellərin qurulması;
-
Şirkətin əsaslandırılmış büdcəsinin qurulması və izlənilməsi;
-
Əməliyyat və maliyyə göstəriciləri üzrə əsas fəaliyyət göstəricilərinin hesablanması və izlənilməsi.
Son müraciət tarixi: 29/12/2021
İnstitusional islahatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 26 dek 2021
Vakansiyanın kodu: V211210-1
Ödəniş növü:Vaxtamuzd
İş vaxtının norması: Gündəlik
Əmək şəraiti:Ofisdaxili
İş yerinin ünvanı:Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası:İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı:2 il
Tələb olunan komputer bilikləri:MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
-
Motivasiya;
-
Komanda işi;
-
Nəticəyönümlülük;
-
Etibar yaratma;
-
Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
-
Keyfiyyət yönümlülük;
-
Analitik düşüncə;
-
Diqqətlilik.
Digər tələb və üstünlük göstəriciləri:
-
İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
-
Magistr dərəcəsi və PMP arzuolunandır.
Vəzifə öhdəlikləri:
-
Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
-
Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
-
Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
-
Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
-
Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
-
Layihələrin gedişatı haqqında rəhbərliyə dövri hesabatların hazırlanması və təqdim edilməsi;
-
Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
-
Cəmiyyətdə, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyətin təmsil edilməsi və onların işində iştirak edilməsi;
-
Təqdimatların hazırlanması.
Son müraciət tarixi: 26/12/2021
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə şöbəsinin rəisi
Son tarix 20 dek 2021
Vakansiyanın kodu: V211125-2
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: Gündəlik
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Ələddin Quliyev küçəsi 1
Tələb olunan təhsil istiqaməti/ixtisası: Energetika mühəndisliyi
Elektrik təsərrüfatı
Elektrik təchizatı sahəsi
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 5 il
Tələb olunan komputer bilikləri: MS Word-yaxşı; MS Excel-yaxşı.
Tələb olunan xarici dil bilikləri: Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər:
- Texniki istismar qaydaları üzrə biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Dəyişikliklərə uyğunlaşma;
- Məlumat əldə etmə.
Rəhbərlik üzrə fərdi keyfiyyət meyarları:
- Təsir göstərmə;
- Hədəfi müəyyənləşdirmə;
- Komanda işini təşviq etmə.
Vəzifə öhdəlikləri:
- Ayrı-ayrı zonalar üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, su axınları mənbələrinin müəyyən olunması;
- Yerli və xarici mütəxəssisləri cəlb etməklə müasir texnologiyaların tətbiqi üçün optimal şəraitlərin öyrənilməsi;
- Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə enerji mənbələrindən istifadənin səmərəliliyinin uçotunun aparılması;
- Bu sahədə müasir texnologiyaların, texnika, qurğu və avadanlıqların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
- Müvafiq sahədə fəaliyyət göstərən təşkilat və müəssisələrin müvafiq sahə üzrə fəaliyyətinə, bu sahədə avadanlıqların quraşdırılmasına, qurğulardan düzgün istifadə olunmasına və müəyyən edilmiş qaydada saxlanılmasına nəzarət edilməsi;
- Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə əhalinin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi, əhalinin məlumatlandırılması və ekoloji monitorinqin keçirilməsi.
Son müraciət tarixi: 20/12/2021