Azərbaycan Dəmir Yolları
Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi
Son tarix 31 dek 2024 - Müraciət et
Təsvir
- Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyətin ölçülməsi və qiymətləndirilməsinə nəzarət etmək;
- Sərnişin xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları rəhbərliyə təqdim etmək;
- Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqlərin aparılmasını təmin etmək;
- Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılması və lazımı tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
- Şöbənin fəaliyyətinə dair görülmüş işlər barədə hesabatları rəhbərliyə təqdim etmək;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğuları araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların işinə nəzarət etmək və qiymətləndirmək;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq;
- Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılmasını təmin etmək;
- Xidmət keyfiyyətinin ölçülməsi üzrə müasir yenilikləri izləmək və tətbiqini təklif etmək;
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək;
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il;
- Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;
- Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartların yaradılması üzrə biliklər;
- Xidmət keyfiyyətlərin ölçülməsi ilə bağlı dünya təcrübəsinə dair biliklər;
- Xidmət keyfiyyəti ilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair biliklər;
- Müştəri xidmətləri üzrə biliklər;
- Müştəri xidməti proseslərində iştirak edən işçilər və bölmələr arasında effektiv qarşılıqlı əlaqənin təşkili üzrə məlumatlılıq;
- Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalar;
Vakansiya haqqında
- Son tarix dekabr 30, 2024
- Paylaşılıb dekabr 6, 2024
- Vakansiya növü Tam ştat