Azərbaycan Dəmir Yolları
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Son tarix 19 may 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işlənilməsi;
- İllik ştat cədvəli layihəsininin təhlil olunaraq işlənilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- İnsan resursları sahəsinə dair sənədlərin arxiv işinin aparılması, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışların verilməsi;
- Kadr əməliyyatlarına dair görülən işlərlə bağlı müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- AR Əmək məcəlləsini və aidiyyəti qanunvericilikləri yaxşı bilməli;
- Dövlət orqanlarında kargüzarlığın aparılmasına dair təlimatlardan anlayışlı olmalı.
İş haqqında:
- İş saatları: 09:00 – 18:00 (5/7);
- İş yeri: Bakı şəh, Biləcəri qəs, Şimal küç, 3
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 18.05.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.