Azərbaycan Dəmir Yolları
Hüquq məsləhətçisi
Son tarix 13 dek 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
- Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Məhkəmələrdə müəssisəni təmsil etmək;
- İcrada olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxmaq, rəy vermək və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
- Müxtəlif qurumlardan, dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtında və qanuna müvafiq qaydada baxılmasını təmin etmək;
- Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş işçilərin protokol və əmrlərini sənədləşdirmək;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Namizədə dair tələblər:
- Ali Hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
- Xarici dil: Rus dili-yaxşı, İngilis dili- orta;
- Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə);
- Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, İnzibati Xətalar Məcəlləsinin tələblərini, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu mükəmməl səviyyədə bilməli;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Məlumat əldə etmə
- Diqqətlilik
- İntizamlılıq
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 12.12.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.